Ərdoğan Rusiyaya səfər edəcək

OXUNUB: 543 DÜNYA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən Rusiyaya səfər edəcək.

İcmal.Az Milliyet-ə istinadən xəbər verir ki, noyabrın 22-də Soçidə Suriya məsələsi ilə bağlı Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli sammiti keçiriləcək. 

Toplantıda R.T.Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani iştirak edəcək. 

Onlar Suriyadakı hazırkı vəziyyəti və böhrandan çıxış yollarını müzakirə edəcəklər. 

İcmal.Az

RƏYLƏR