Ərdoğan Si Tsinpin ilə 45 dəqiqə danışdı

OXUNUB: 867 DÜNYA
Pekində ÇXR-in sədri Si Tsinpin ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar baş tutub.

Ümumçin xalq nümayəndələri məclisinin binasının önündə Türkiyənin dövlət başçısı rəsmi mərasimlə qarşılanıb.

Sonra geniş tərkibdə danışıqlar keçirilib. Müzakirələr mətbuat üçün qapalı rejimdə təxminən 45 dəqiqə davam edib. Danışıqların yekunlarına əsasən, bir sıra sənədlər imzalanıb.

İmzalanma mərasimində ədliyyə naziri Bəkir Bozdağ, xarici işlər naziri Mövlud Çavuşoğlu, nəqliyyat, gəmiçilik və rabitə naziri Əhməd Arslan iştirak ediblər./trend
 
İcmal.Az

RƏYLƏR