Ərdoğan: Türkiyə ABŞ-ın kürdlərlə ittifaqını tanımayacaq

OXUNUB: 880 DÜNYA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Tramp ilə danışıqlardan sonra qeyd edib ki, ABŞ-ın kürdlərlə ittifaqını heç bir zaman tanımayacaq.

İcmal.Az bu barədə BBC-yə istinadən xəbər verir.  

Ərdoğan bəyan edib ki, Yaxın Şərqdə "terror təşkilatlara yer yoxdur”. Beləliklə də o, ABŞ-ın bir həftə öncə silahlandırmağa başladığı kürdlər barədə fikrini bildirib. 

Bu fikir ayrılığına baxmayaraq, Ərdoğan və Tramp ikitərəfli münasibətlərin inkişafına dair müsbət rəy bildirərək bu münasibətləri möhkəmləndirməyi vəd ediblər. 

Mayın 9-da Tramp Suriyadakı kürd qruplaşmalarına silah və sursatın çatdırılmasını təsdiqləyib. Bu qruplaşmalar "Suriyanın demokratik qüvvələri” alyansının sıralarında "İslam dövləti” terror təşkilatının yaraqlılarına qarşı mübarizə aparırlar. 

Mayın 16-da Ərdoğan bəyan edib ki, kürdlərlə əməkdaşlıq yolverilməzdir. 

Türkiyə Suriya kürdlərini ABŞ, Britaniya və bir neçə Avropa ölkəsində qadağan edilmiş "Kürdistanın fəhlə partiyası” təşkilatının bir hissəsi hesab edir.

Ağ evdə bəyan ediblər ki, ABŞ Türkiyənin regionda təhlükəsizliyə dair narahatçılığını başa düşür. Amerika prezidentinin administrasiyasından bəyan ediblər ki, ABŞ əlavə təhdidin qarşısını almaqda və NATO müttəfiqlərini müdafiə etməkdə qərarlıdır.   

İcmal.Az

RƏYLƏR