Ərdoğan və Putin Dağlıq Qarabağ münaqişəsini müzakirə edə bilərlər

OXUNUB: 673 SİYASƏT

Türkiyə və Rusiya arasında danışıqların əsas mövzusu Suriyada cari vəziyyətin müzakirəsi olacaq.

İcmal.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfəri ərəfəsində deyib.

Dövlət başçısı səfəri çərçivəsində görüşlər zamanı regional, həmçinin energetika məsələlərinin müzakirə ediləcəyini bildirib:

"Türkiyə və Rusiya bütün sahələrdə münasibətləri möhkəmləndirmək niyyətindədirlər".

R.T.Ərdoğan vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiya Prezidenti Vladimir Putinlə görüşünün gündəliyində ola bilər: "Bu məsələ Putinlə ikitərəfli görüşdə müzakirə edilə bilər".

Qeyd edək ki, Rusiya və Türkiyə liderləri Soçidə görüşəcəklər.

İcmal.Az

RƏYLƏR