Ərdoğan və Tramp Qətər məsələsini müzakirə edəcək

OXUNUB: 939 DÜNYA
Türkiyə prezidenti Ərdoğan ABŞ lideri Tramp arasında telefon danışığı baş tutacaq.

ABŞ prezidenti Qətər böhranını müzakirə etmək üçün türkiyəli həmkarına zəng edəcək. Bu barədə Türkiyənin xarici işlər naziri Mevlud Çavuşoğlu məlumat verib.
 
Körfəz ölkələrinin Qətərin İranla münasibətləri səbəbindən müəyyən mövqedə durmalarını tənqid edən Çavuşoğlu Qətərə qarşı blokadaya qoşulan Misirn Suriya məsələsində İran-Rusiya siyasətini dəstəklədiyini, rəsmi Qahirənin Əsəd rejiminə silah verdiyini bildirib.
 
Qətər böhranında yumşalma siqnallarının gəldiyini vurğulayan diplomat Ramazan bayramına qədər problemin həll olmasını arzuladığını  bildirib.
 
İcmal.Az

RƏYLƏR