Ərdoğanı qırıcılar müşayiət etdi - 15 iyul tədbirləri başlayır – FOTO

OXUNUB: 25 DÜNYA

Bu gün Türkiyədə hərbi çevrilişə cəhd hadisələrinin 1 ili tamam olur.

FETÖ terrorçularına çevriliş izni verməyən xalq bu gün həmin zəfərin 1 ilini bayram kimi qeyd edir.

Hazırda İstanbulun 4 tərəfindən minlərlə insan hadisələrin başladığı yer olan 15 iyul Şəhidlər Körpüsünə doğru hərəkət edir.

"Milli Birlik” yürüşü adı altında hərəəkət edən böyük kütlənin Bakı vaxtı ilə 21:00-da körpüyə çatması gözlənilir. Baş nazir Binəli Yıldırım da yürüşdə iştirak edəcək.

22:30-da prezident Rəcəb Tayyib Ərdoğan körpüdə keçiriləcək tədbirdə çıxış edəcək. Daha sonra qanlı gecədə şəhid olan 249 nəfərin xatirəsinə ucaldılan abidənin açılışı olacaq.

Sadəcə İstanbulda deyil, Türkiyənin 81 vilayətində də anım tədbirləri keçiriləcək. Xalq gecəni meydanlarda demokratiya növbəsində keçirəcək./qafqazinfo

 

İcmal.Az

 

RƏYLƏR