Ərdoğanın Azərbaycana səfərinin tarixi məlum oldu

OXUNUB: 819 SİYASƏT

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin tarixi məlum olub.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, səfər oktyabrın 30-da baş tutacaq.

R. T. Ərdoğanın səfər zamanı bir sıra görüşlər keçirməsi gözlənilir. Bundan başqa, səfər çərçivəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının keçirilməsi nəzərdə tutulub.

Türkiyə prezidentinin oktyabrın 30-da Bakıda keçiriləcək Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin açılışında iştirakı də gözlənilir.

İcmal.Az

RƏYLƏR