Ərdoğanın qaçırılma planı üzə çıxdı - ŞOK DETALLAR

OXUNUB: 1188 DÜNYA

Türkiyədə FETÖ istintaqı çərçivəsində axtarılan və ölkədən qaçmaq istəyərkən tutulan SAT komandosuna məxsus 3 hərbçinin ilk ifadələri məlum olub.

İcmal.Az Türkiyə mediasına istinadən xəbər verir ki, hər 3 hərbçi 2016-cı il 15 iyul dövlət çevrilişinə cəhddə fəal iştirak etməkdə günahlandırılır.

Dünyanın ən yaxşı xüsusi təyinatlılarından sayılan SAT-ın komandoları İstanbul-Ədirnə avtomobil yolunda tutulub.

Fəthullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqələrini qəbul edən SAT komandoları ilk ifadələrində dövlət çevrilişinə cəhdlə bağlı 5 gün əvvəldən xəbərdar edildiklərini bildiriblər. Plana görə, komandolar prezident Rəcəb Tayyib Ərdoğanı Huber Köşkündən götürərək Samandraya aparmalı, daha sonra Mərmərə sahillərində bir gəmi ilə qaçırmalı idilər. Lakin çevrilişə cəhd gecəsi prezidentin Mərmərədə - "Marmaris Grand Yazıcı Mares Otel”də olması qiyamçıların planını dəyişdirib. Komandolar bir telefon zəngi ilə verilən təlimatla çevriliş cəhdinin koordinasiya edildiyi Akıncı hərbi bazasına gediblər.

SAT komandolarının sorğusu davam edir.

İcmal.Az

RƏYLƏR