Ərəblər neftə tələbatın artacağını proqnozlaşdırır

OXUNUB: 691 İQTİSADİYYAT

Neft sektorunun 25 ildə 20 trilyon dollara ehtiyacı olacaq.

İcmal.Az xəbər verir ki, bunu "Enerji Konfransı 2018”də çıxışında Səudiyyə Ərəbistanının enerji şirkəti "Aramco”nun rəhbəri Amin Nasser deyib.

O bildirib ki, neftin qiymətinin sərt eniş nümayiş etdirdiyi 2015-2016-cı illərdə bazarda 1 trilyon dollarlıq itki qeydə alınıb:

Neft sənayesinin növbəti 25 ildə 20 trilyon dollar investisiyaya ehtiyacı var. Bu vəsait təxminən ABŞ iqtisadiyyatına bərabərdir. Qlobal neft sənayesinin gələcək beş ildə gündəlik ortalama 20 milyon barel yeni istehsal gücünə ehtiyacı var. Yaxın gələcəkdə neft iqtisadiyyatlar üçün önəmli amil olmaqda davam edəcək”.

O, elektrikli avtomobil istehsalına toxunaraq, nəqliyyast vasitələrinin 99 faizinin hələ də benzinlə hərəkət etdiyini diqqətə çatdırıb:

"Dünya əhalisinin 2030-cu ilə qədər iki milyard nəfər artması gözlənilir. Bu, neftə olan tələbi də artıracaq”.

İcmal.Az

RƏYLƏR