Əri ilə dalaşdı, sürücüyə tüpürdü - avtobusda biabırçılıq - VİDEO - FOTO

OXUNUB: 513 MARAQLI

Saxla! Saxla deyirəm sənə! Lənətə gələsən, saxla! Aç qapını!

 İdman formasında olan gənc qadın avtobusun sürücüsünə qışqırır, arxa qapını zorla açmağa çalışırdı. O, niyyətinə çatmayacağını anladıqda qapını aralayıb, oturub. Sürücü məcbur qalaraq avtobusu saxlayıb və qapıları açıb.

 

İcmal.Az Daily Mail-ə istinadən bildirir ki, biabırçı olay İngiltərənin Mançester şəhərində, 59 saylı marşrutla hərəkət edən avtobusda yaşanıb.

Avtobusa əri ilə minən qadın az sonra mübahisəyə başlayıb. "Sən pis ərsən!" deyən qadın əlindəki dondurmanı ərinə atıb. Ər də onu vurub və avtobusdan düşüb.

Avtobusdakı sərnişinlər narazılıqlarını bildirəndə qadın arxaya gedib, orada oturmuş qadın sərnişinlərdən birini döymək istəyib.

Yaşananları Liverpuldan olan Sian Beyliss çəkib.

 

Avtobus sürücüsünün "Sakitləşin, yoxsa polis çağıracağam!" qışqırığından sonra davakar qadın arxa qapıya yaxınlaşaraq onu zorla açmağa çalışıb.

Sürücü avtobusu saxlayıb, qapıları açıb.

Qadın düşüb, sürücüyə yaxınlaşıb və ona tüpürüb.

Polis bu hadisəni araşdırır, qadını axtarır.

İcmal.Az


Əri ilə dalaşdı, sürücüyə tüpürdü - avtobusda biabırçılıq

Əri ilə dalaşdı, sürücüyə tüpürdü - avtobusda biabırçılıq - VİDEO - FOTO


RƏYLƏR