Ərinin yasına gedərkən yol qəzasında öldü

OXUNUB: 882 HADİSƏ

  Tovuz rayonunun Aşağı Əyyublu kəndi yol-nəqliyyat hadisəsi baş verib.  Qarşı-qarşıya hərəkət dən "Ford" markalı minik avtomobili ilə "Qazel" markalı yük maşını toqquşub.

   Qəza nəticəsində "Ford"un sərnişini – Gəncə sakini 50 yaşlı Sevda Həsənova yerindəcə keçinib. Övladları – 22 yaşlı Gülnar, 20 yaşlı Maniya və 5 yaşlı Rəsul Cəfərovlar, eləcə də qaynı – sürücü Aytəkin Cəfərov xəsarət alıb. Yaralılar Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta-ağır qiymətləndirilir.

Məlumata görə, Aytəkin Cəfərov öz qardaşının il mərasiminə getmək üçün onun həyat yoldaşını və övladlarını Tovuz rayonuna aparırmış./arb

 


İcmal.Az

RƏYLƏR