Erməni generalın oğlu qəzada öldü

OXUNUB: 728 DÜNYA

Ermənistan İstintaq Komitəsi Yerevanda bir nəfərin ölümü ilə nəticələnən ağır qəzanın təfərrüatlarının araşdırır.

İcmal.Az News.am-a istinadən xəbər verir ki, hadisə yanvarın 16-da səhər saatlarında baş verib.

"Kia Sorento” markalı avtomobil Myasnikyan prospektində yoldan çıxaraq çaya düşüb.

Qəza nəticəsində sürücü R.Qalstyan hadisə yerindəcə ölüb, sərnişin A.Ter-Qriqoryan isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Ölən şəxsin Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini general-leytenant Stepan Qalstaynın oğlu olduğu bildirilir.

İcmal.Az

RƏYLƏR