Erməni hərbçi ögey atasını amansızlıqla qətlə yetirdi

OXUNUB: 615 DÜNYA
Ermənistan ordusunun hərbçisi, 20 yaşlı Andrey Xalilyan ögey atası, 60 yaşlı Gevorq Matosyanı amansızlıqla qətlə yetirib.

İcmal.Az "Sputnik”ə istinadən xəbər verir ki, o, mayın 18-də şübhəli şəxs qismində polis şöbəsinə aparılıb.

Məlumata görə, A.Xalilyan müddətsiz hərbi xidmət qulluqçusudur. Onun qətli apreldə məzuniyyətdə olarkən törətdiyi ehtimal edilir.

Xəbərdə qeyd olunub ki, A.Xalilyan ögey atasına qumbara atıb partlatdıqdan sonra onu tövlədə balta ilə doğrayıb.
 

İcmal.Az

RƏYLƏR