Erməni hərbçinin ölüm işinə görə kiçik çavuş həbs edilib

OXUNUB: 1034 DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ

Erməni silahlı birləşməsinin Dağlıq Qarabağda oktyabrın 20-də ölmüş hərbçisi Aram Xaçatryanın istintaq işi ilə bağlı kiçik çavuş həbs edilib.

Kiçik çavuşa qarşı ittiham irəli sürülüb.

İstintaq Komitəsi təhqiqatın gedişində müəyyən edib ki, Aram Xaçatryan oktyabrın 20-də, yerli vaxtla saat 12:40-da hərbi hissədə yaralanıb. İstintaqın məlumatına görə, Aram Xaçatryan kiçik çavuşun ona atəş açması nəticəsində güllə yarası alıb.

Bundan başqa, kiçik çavuşun xidmət yoldaşını təhqir etməsi də müəyyənləşdirilib. Hərbçilər arasında baş vermiş qarşıdurma ilə bağlı təhqiqat aparılır.

Qeyd edək ki, yerli mətbuat ilkin məlumatda 1998-ci il təvəllüdlü Aram Xaçatryanın "odlu silahdan istifadə qaydalarına əməl etməməsi nəticəsində aldığı güllə yarasından öldüyü"nü bildirirdi./report

 

İcmal.Az

RƏYLƏR