Erməni nazirdən müharibəyə səbəb ola biləcək BƏYANAT

OXUNUB: 493 DÜNYA SİYASƏT
"Dağlıq Qarabağ tanınmamış olsa da, ölkədir, münaqişə deyil. Və bu fakt tam başa düşülməyincə, münaqişənin həlli mümkünsüzdür. Orada 25 ildir ki, de-fakto, müstəqil şəraitdə kifayət qədər insan yaşayır. Onlar özlərinin qəbul etdikləri qərarlara görə məsuliyyət daşıyır, hökumətlərini demokratik prinsiplər üzərində qurur, çoxfraksiyalı parlament formalaşdırırlar".

İcmal.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Vigen Sarkisyan "İnterfaks"a müsahibəsində bildirib. 

Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Qarabağ münaqişəsinin həlli üzrə apardığı danışıqlar, o cümlədən prezidentlərin qarşıda nəzərdə tutulan görüşü çərçivəsində Vigen Sarkisyanın cəfəng bəyanatlar verməsi münaqişədə Ermənistanın hansı mövqeyə malik olduğunu açıq aşkar ortaya qoyur. 

Maraqlıdır, Vigen Sarkisyanın bəyanatının altında hansı mesaj yatır. Əgər qondarma rejim elə Ermənistan tərəfindən tanınmırsa, niyə Ermənistan onu "demokratik əsaslar üzərində idarə edilən ölkə" kimi xarakterizə edir..? Ermənistanın Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Sarkisyan administrasiyasının münaqişə ilə bağlı verdiyi açıqlamalar və ya həll prosesləri üzərindən xətt çəkirmi? 

Vigen Sarkisyanın verdiyi açıqlamalar əslində son üçtərəfli görüşdə heç bir razılaşmanın olmadığını, Ermənistanın nəyi ifadə etmək istədiyini ortaya çıxarır. Təbii, bu bəyanat elan edilməyən müharibə prizmasından, elan edilən formaya keçid xarakteri daşıyır və region üçün yeni müharibə təhlükəsini artırır.
 
İcmal.Az

RƏYLƏR