Erməni ordusunda biabırçılıq: Zabit cinsi istəyini yerinə yetirməyən əsgərin başını əzdi

OXUNUB: 603 DÜNYA
Ermənistanın İcevan rayonunda yerləşən hərbi hissədə dəhşətli qətl hadisəsi baş verib.

Hadisə hərbi hissənin zabiti, baş leytenant Abaven Babanyanın (ad şərtidir) əsgər Drtad Eminyana (ad şərtidir) qarşı cinsi zorakılıq hərəkəti zəminində baş verib.

Erməni mənbələr bildirirlər ki, baş leytenant xidməti yerində əsgərə qarşı cinsi zorakılıq etməyə çalışıb. Əvvəlcə bu tələblə könüllü şəkildə razılaşmasını istəyən Babanyan qarşı tərəfdən rədd cavabı aldıqda zorakılığa əl atıb.

Əsgərin onun üzərində cinsi istəyini yerinə yetirməyə başlayan Abaven Babanyandan xilas olmaq cəhdləri isə dəhşətli sonluqla nəticələnib.

Belə ki, baş leytenant Abaven Babanyan əsgər Eminyanın başını daşla əzdikdən sonra boğazını kəsərək qətlə yetirib. O, qurbanını hərbi hissə yaxınlığında yerləşən təpəlik ərazidə basdırıb. Öz çirkli niyyətini həyata keçirən zabit hərbi hissəsəyə qayıtdıqdan sonra əsgərin müəmmalı şəkildə yoxa çıxması barədə komandanlığa məruzə edib.

Drtad Eminyanın uzunmüddətli axtarışları da nəticə verməyib. Erməni mənbələr hadisənin 2 il əvvəl baş verdiyini və bunun cəmiyyətdən gizlədildiyini bildirirlər. 2 ildir azadlıqda gəzən zabitin artıq həbs edildiyi deyilir. /big

İcmal.Az

RƏYLƏR