Erməni tarixçidən həqiqət etirafı: "Azərbaycan xalqı tolerantlığı ilə tanınır"

OXUNUB: 611 SİYASƏT
"Biz Qarabağ ermənilərini Qarabağ azərbaycanlılarından ayıran amil dil və dindir”.

İcmal.Az  apa-ya istinadən xəbər verir ki, bunu Ermənistan-Azərbaycan Sülh Platformasının idarə heyətinin üzvü, tarixçi alim Artur Ağacanov "Azərbaycan multikhlturalizm modeli: etnomədəni müxtəliflik" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, dil məsələsində Qarabağ ermənilərinin danışdığı sözlərin 15 faizindən çoxu Azərbaycan, türk sözləridir: "Biz bir-birimizlə birləşdirən isə xarici görünüş, xarakter, psixologiyadır. Bizim xalqlar arasında çox sayda nikah olub. Bir çox Bakı və Qarabağ ermənisinin mənim kimi azərbaycanlılarla bağlı xoş xatirələri var. Azərbaycan xalqı hər zaman özünün tolerantlılığı, bütün xalqlara hörmətlə yanaşmasına görə tanınıb. Biz inkişaf və sülh üçün vacib olan qonşuluq münasibətlərinə malik olmuşuq. Bu təcrübədən Azərbaycanın ayrılmaz və unikal hissəsi olan Qarabağda sülh və əmin-amanlığın bərpasına kömək üçün istifadə oluna bilər”.
 
İcmal.Az

RƏYLƏR