Ermənilər Ağcabədini raket atəşinə tutdular: Qəbiristanlıq dağıdıldı - FOTO

OXUNUB: 736 SİYASƏT

Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun ərazisini yenidən atəşə tutub.

Bu barədə Report-un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

 

Oktyabrın 31-də düşmənin növbəti dəfə atdığı raketlərdən biri rayonun İmamqulubəyli kəndi ərazisindəki qəbiristanlığa düşüb.

Nəticədə, bir neçə qəbir daşı dağılıb.

 


RƏYLƏR