Ermənilər cəbhəyanı kəndlərdə sel təhlükəsi yaradır – VİDEO

OXUNUB: 973 SOSİAL

Son günlər yağan aramsız yağışlar Ağdamın cəbhəyanı kəndlərində sel təhlükəsi yaradıb.

Ermənilərin dağlardan gələn suyu rayonun sağ sahilindən keçən Qarqar çayına buraxması Əfətli, Evoğlu kəndlərinin 1400 hektar sahədəki kənd təsərrüfatı əkin sahələri üçün təhlükə yaradıb.

Yaranmış vəziyyətdən çıxmaq üçün Ağdam rayon Mexaniki Suvarma İdarəsi çayda sahil-bərkitmə işləri aparır. Qarqar çayında yeni qurulan bəndlər vasitəsilə məcrasından çıxan suyu yenidən Qarqar çayına yönəldirlər. Beləliklə, yaşayış evlərinin su altında qalma ehtimalı aşağı düşür. Lakin təhlükə hələ də davam edir. Dağlara həddindən artıq yağış yağması suyun səviyyəsini getdikcə artırır.

Ağdam rayon Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə bildirib ki, Qarqar çayında hazırda  təxminən 27-28 kub su var: "Mənfur düşmənlərimiz çaya partlayıcı maddələr buraxırlar ki, bu da müəyyən problemlər törədə bilər. Ancaq buna baxmayaraq, müəyyən qurumlar öz nəzarətini edirlər, bizə icazə veriblər, gəlib çayda sahil-bərkitmə işləri aparırıq. İdarəmiz gücləndirilmiş iş rejimində işləyir”./apa

Icmal.Az



RƏYLƏR