Ermənilər yenidən mülki əhalini top atəşinə tutdu: Ölənlər var - RƏSMİ

OXUNUB: 238 SİYASƏT

Bu gün saat 15 radələrində Tərtər rayonunun Cəmilli kəndində fərdi yaşayış evinə top mərmisinin düşməsi nəticəsində kənd sakinləri 1994-cü il təvəllüdlü İsaqlı Anar Rəsul oğlu və 1984-cü il təvəllüdlü Quliyev Anar Tofiq oğlu həlak olub, 1972-ci il təvəllüdlü Şabanov Murov Rəsul oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb, yaşayış evinə isə külli miqdarda ziyan dəyib.

 

Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud  şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

 

7News.Az

RƏYLƏR