Ermənilərin Moskvada azərbaycanlılara hücumu haqda - Səfirlikdən açıqlama

OXUNUB: 1081 SOSİAL

Xəbər verdiyimiz kimi, mayın 9-da Moskva şəhərində "Бессмертный полк” hərəkatının yürüşü zamanı bir qrup azərbaycanlı və erməni gəncləri arasında insident baş verib. 

İcmal.Az xəbər verir ki, Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyindən Trend-ə verilən məlumata görə, burada iki millət arasında gərginliyin yaradılması məqsədi ilə təxribat törədilib.

Hadisə ilə əlaqədar və gələcəkdə bir daha belə halların təkrarlanmaması üçün Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyanın Xarici İşlər Nazirliyi, Moskva şəhər rəhbərliyi və digər müvafiq federal strukturlarla danışıqlar aparıb.

Məlumatda bildirilir ki, səfirlik toqquşma zamanı zərər görmüş soydaşlarımızla əlaqə yaradaraq, onların vəziyyətini nəzarət altında saxlayır.

İcmal.Az

RƏYLƏR