Ermənilərin qətlə yetirdiyi Zəhranın qardaşı doğuldu

OXUNUB: 619 SOSİAL

Ötən il erməni təxribatı nəticəsində həyatını itirən Zəhranın qardaşı dünyaya gəlib.

İcmal.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə paylaşıb. Füzuliyə il mərasiminə gedən K. Ağazadə uşağa Murad adının qoyulduğunu bildirib:

"Bu mələk erməni terrorunun qurbanı olan mələk Zəhranın yeni doğulmuş qardaşıdır. Allahın ailəyə nəsib etdiyi Muradıdır. O mütləq Zəhranın qisasını düşmənlərimizdən alacaq".

 

Qeyd edək ki, 2017-ci ilin iyulun 4-də Ermənistan tərəfinin təxribatı nəticəsində 14 aylıq Zəhra Quliyeva və nənəsi 1967-ci il təvəllüdlü Sahibə Quliyeva qətlə yetirilib.

İcmal.Az

RƏYLƏR