Ermənini məğlub edən idmançımız Avropa çempionu oldu

OXUNUB: 88 İDMAN
Almaniyanın Dortmund şəhərində start götürən gənclər arasında Avropa çempionatının ilk yarış günündə Azərbaycan sərbəst güləşçiləri 3 medal qazanıblar. 

İcmal.Az goal.az-a istinadən xəbər verir ki, medallardan biri qızıl, biri gümüş, biri isə bürünc əyarlı olub. 

60 kq çəki dərəcəsində yarışan Əli Rəhimzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, Ermənistan, Rusiya və Moldovadan olan rəqiblərini üstələdikdən sonra həlledici görüşdə ukraynalı Andrey Yatsenko ilə qarşılaşıb. Rəhimzadə 8:7 hesabı ilə qalib gələrək, Avropa çempionu olub. 

50 kq çəkidə mübarizə aparan Şahin Muxtarov ardıcıl olaraq Fransa və Almaniyadan olan rəqiblərini məğlub edərək finala yüksəlib. Həlledici görüşdə o, rusiyalı Muxammadxon Muxammadxona 1:6 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib. 

Nəhayət, 96 kq-da yer alan Məhəmmədrəsul Qazıməhəmmədov ilk görüşündə macarıstanlı rəqibinə qalib gəlsə də, 1/4 finalda gürcüstanlı pəhləvana uduzub. Lakin rəqibinin finaladək irəliləməsi səbəbindən Qazıməhəmmədov təsəlliverici görüşlərə qatılıb. O, ardıcıl olaraq, yunanıstanlı və türkiyəli rəqiblərini üstələyərək, bürünc medalçı olub. 

İcmal.Az

RƏYLƏR