Ermənistan Azərbaycan ərazilərində təlimlər keçirir

OXUNUB: 728 DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ

Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal altında olan ərazilərində növbəti təlimlər keçirir.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, Ağdamın işğal altında olan Uzundərə ərazisində keçirilən təlimlər saat 11:00 radələrində başlayıb.

Təlimdə ağır artilleriya qurğuları və texnikalardan istifadə olunur. Atəş səsləri cəbhəboyu yaşayış məntəqələrində eşidilir.

İcmal.Az

RƏYLƏR