Ermənistan cəmiyyəti rəqəmlərin gizlədilməsindən narahatdır — Düşmən ciddi itkilərlə üz-üzə

OXUNUB: 691 SİYASƏT
Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun canlı qüvvəsini və texnikasını məhv etməkdə davam edir. Qarşı tərəf nə qədər bu hadisələrin üstündən keçmək, itkiləri gizlətmək istəsə də, bunun qabağını almaqda çətinlik çəkir. Artıq baş verənləri gizlətməyin mənasız olduğunu, əksinə bununla toplumun nifrətini üzərlərinə çəkdiklərini və ciddi qınaq obyektinə çevrildiyini başa düşən Ermənistan hakimiyyəti itkilərlə bağlı məlumat verməyə başlayıb. 


Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan elə bu dəqiqələrdə Azərbaycan Silahlı Qüvvələrinin hücumu nəticəsində daha  iki erməni zabitinin - mayor Qaruş Ambartsumyan və kapitan Sos Elbakyan məhv olduğunu etiraf edib. 


İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində təxribat törətməyə cəhd edib. Daha sonra artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Lakin Ordumuz bütün hallarda düşmənə zərbələr endirib və onu ağır itkilər verərək geri oturtmağa məcbur edib. 


Görünən odur ki, Ermənistan öz məkrli siyasətindən əl çəkmək istəmir və belədə növbəti təxribata əl atır. Hər təxribata meyl etdikcə, ciddi itkilər verməklə geri çəkilir və Azərbaycanın gücünü hiss etmiş olur. Bəllidir ki, bu gün Ermənistan daxilində dərin siyasi, sosial və iqtisadi böhran yaşanır. Digər tərəfdən isə Azərbaycanın əldə etdiyi diplomatik uğurlar, Prezident İlham Əliyevin Ermənistanın işğalçılıq siyasətini və faşist mahiyyətini beynəlxalq ictimaiyyət qarşısında tutarlı faktlarla ifşa etməsi, o cümlədən dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub. Ermənistan hakimiyyəti öz uğursuzluqlarını ört-basdır etmək və diqqəti yayındırmaq üçün təxribata əl atır. 


Ölkə vətəndaşları da Ermənistan hakimiyyətinin ölənlərin sayını gizlətməyindən olduqca narahatdır və yarıtmaz hakimiyyəti bununla bağlı hesabatlılığa və itkilərlə əlaqədar dəqiq məlumat verməyə çağırır.  Artıq sosial şəbəkələrdə də Ermənistanda xidmət keçən hərbçilərin yaxınları və qohumları onların ciddi itkilərlə üzləşdiyini, cəbhə boyu onlarla erməni zabiti və əsgərinin meyitinin ərazidən çıxarıldığını deyirlər. 

 

7News.Az

RƏYLƏR