Ermənistan əhalisi azalmaqda davam edir

OXUNUB: 124 HADİSƏ Texnologiya MÜSAHİBƏ GÜNDƏM

Bakı. 29 aprel. / Ermənistan əhalisi azalmaqda davam edir.

"Report”un Arka.am saytına istinadən verdiyi xəbərə görə, Ermənistanın daimi əhalisinin sayı 2017-ci ilin aprelin 1-nə 2 981,5 min nəfər təşkil edib, bu da 2016-cı ilin analoji dövründən 12,9 min nəfər azdır.

Bununla belə, ilin əvvəli ilə müqayisədə əhalinin sayı 4,6 min nəfə azalıb, bu da miqrasiya saldosunun artımı ilə izah olunur. Bu rəqəm əhalinin təbii artımına qarşı (0,5 min nəfər) 5,1 min nəfər təşkil edir.

2017-ci ilin yanvar-mart ayında doğulanların sayı 6,4% azalaraq 8 534 nəfərə enib. Bununla belə, hesabat dövründə ölənlərin sayı 3,7% artaraq 8 037 nəfərə çatıb.

RƏYLƏR