Ermənistan Müdafiə Nazirliyinin avtomobili qəzaya düşüb

OXUNUB: 713 DÜNYA

Ermənistan Müdafiə Nazirliyinin avtomobili qəzaya uğrayıb.

Hadisə bu gün səhər saatlarında İrəvanın Baqratunyats küçəsində baş verib.

Müdafiə Nazirliyinə məxsus "VAZ 2121” markalı xidməti avtomobil "VAZ 2110” markalı digər avtomobillə toqquşub.

Nəticədə xidməti avtomobil çevrilib, içərisində olan bir nəfər xəsarət alıb. Onun xəstəxanaya çatdırıldığı bildirilir./apa

 İcmal.Az


RƏYLƏR