Ermənistan ordusunda təcrübəsizliyin iki qurbanı

OXUNUB: 1282 DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ

Ermənistan ordusunda iki hərbçinin yaralanması ilə nəticələnən növbəti hadisə baş verib

İcmal.Az Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın sosial şəbəkə istifadəçiləri məlumat yayıb.

Məlumata görə, avqustun 20-də Ermənistan silahlı qüvvələrinin Ağdərədə yerləşən hərbi hissələrindən birində baş verən növbəti hadisə zamanı iki hərbi qulluqçu ağır yaralanıb.

Artilleriya qurğusunun lafetinin zərbəsi nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Qrişa Savoyan və Manvel Sadoyan adlı hərbi qulluqçular təcili olaraq hərbi hospitala yerləşdiriliblər. Çoxdan köhnəlmiş qurğudan atış çalışmasını yerinə yetirən top heyətinin səriştəsizliyi və təcrübəsizliyi ucbatından baş verən hadisənin ictimaiyyətdən gizlədilməsinin səbəbi son vaxtlar belə hadisələrin həddən artıq baş verməsidir.

Ağır yaralanan hərbi qulluqçular - Q. Savoyan və M. Sadoyanın yaxınları hadisə barədə sosial şəbəkədə yazışmalarında paylaşıblar.

Qonşu ölkədə ictimaiyyətin narahatlığına səbəb olan ən maraqlı məqam, işğalçı ordunun rəhbərliyinə mülki şəxsin, eləcə də hərbi hissələrə savadsız və qeyri-peşəkar şəxslərin təyin edilməsi ilə erməni ordusunda müxtəlif hadisələr və hərbi cinayətlər nəticəsində qeyri-döyüş şəraitində ölən və yaralananların sayının durmadan artmaqda davam etməsidir.

İcmal.Az

RƏYLƏR