Ermənistan ordusunun artilleriyaçıları öz hərbi hissələrini bombalayıblar

OXUNUB: 21 DÜNYA

Təlim məşqləri zamanı döyüş atışları yerinə yetirən Ermənistan ordusunun artilleriyaçıları səhvən öz hərbi hissələrini bombalayıblar. 

 Minaatan heyətinin səriştəsizliyi səbəbindən atılan mərmi Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Əsgəran yaşayış məntəqəsi istiqamətində yerləşən tank alayının ərazisinə düşüb. 

Ölən və yaralananlar barədə hər hansı məlumat verilməsə də, hadisə ilə bağlı cinayət işi açıldığı təsdiqlənib. Hazırda istintaq tədbirləri həyata keçirilir./oxu

İcmal.Az

RƏYLƏR