Ermənlərin yaraladığı qadının vəziyyəti ilə bağlı SON XƏBƏR – FOTO + YENİLƏNİB

OXUNUB: 695 SOSİAL

"Ötən gün ermənlərin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində qəlpə yarası alan, hərbi hospitala çatdırılaraq əməliyyata götürülən 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızının səhhəti hazırda stabildir”.

İcmal.Az xəbər verir ki, bunu Report-a Fizuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov deyib.

O bildirib ki, döş qəfəsinin qəlpə yarası diaqnozu ilə əməliyyata götürülən xəstənin həyati üçün heç bir təhlükə yoxdur: "Bir-iki gündən sonra xəstə bizim xəstəxanaya gətiriləcək. Hesab edirəm ki, bir həftəlik müalicədən sonra hətta evə də yazıla bilər”.

Qeyd edək ki, Ermənistan tərəfinin təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb.

Azərbaycan Silahlı Qüvvələrinin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.

 

-----

Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində qəlpə yarası almış qadının vəziyyəti ağırlaşıb.

İcmal.Az-ın APA-ya istinadla xəbərinə görə, "N” saylı hərbi hospitala çatdırılan 52 yaşlı Səlbinaz Quliyevanın həyatına təhlükə davam etməkdədir.

Kəndin minaatanlardan atəşə tutulması nəticəsində həlak olmuş Sahibə Quliyeva və 18 aylıq nəvəsi Zəhra Quliyevanın meyitləri isə Zobucuq-5 qəsəbəsinə gətirilib. Rayon İcra Hakimiyyətinin rəsmiləri Alxanlı kəndinin dinc sakinlərinin və mülki obyektlərinin ermənilər tərəfindən atəşə tutulması səbəbindən yas mərasiminin kənddə keçirilməsini təhlükəli hesab edib.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.

Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb.

Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.

Müdafiə Nazirliyi bildirir ki, baş vermiş qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.


 

RƏYLƏR