Ermənistan prezidenti: İlham Əliyevi yaxşı tanıyıram

OXUNUB: 630 SİYASƏT

Ermənistanın yeni prezidenti Armen Sarkisyan Azərbaycan prezidenti ilham Əliyevi yaxşı tanıyır. Sarkisyan Qarabağdakı gərginliyin artacağını istisna etməyib. 

İcmal.Az xəbər verir ki, Sarkisyan bununla bağlı "Exo Moskva” radiosuna müsahibəsində danışıb. 

Ermənistanda hökumət dəyişikliyinin Bakı ilə dialoqa təsir edə biləcəyi ilə bağlı sualı cavablandıran A.Sarkisyan bunu şərh edə bilməyəcəyini deyib:

"Çünki İlham Əliyevi şəxsən tanıyıram. Çox yaxşı tanıyıram. Ancaq vəziyyət çox həssasdır və Dağlıq Qarabağda gərginliyin artacağını istisna etmək olmaz”. 

O qeyd edib ki, ilk gündən yeni hökumət ölkə sərhədlərində təhlükəsizliyin təmin olunması ilə ciddi məşğul olmalıdırlar. 

"Rusiya Ermənistanın strateji və hərbi-siyasi tərəfdaşıdır. Hamıya məlumdur ki, Ermənistan ordusu rus həmkarları ilə çox yaxındır. Ermənistan ordusu NATO və ya Çin tərəfindən deyil, Rusiya tərəfindən silahlandırılır”, - Sarkisyan deyib. 

Sarkisyan xatırladıb ki, Ermənistan və Rusiya təhlükəsizliklə bağlı bir təşkilatının üzvüdür, o cümlədən, əmindir ki, Ermənistanda rus hərbi bazaları çox vacibdir. 

"Bu bazalardan bəziləri Ermənistan və Türkiyə sərhədindədir. Buna görə hər zaman Rusiya ilə dostluq və qardaşlıq münasibətləri uğrunda mübarizə aparacağam”, - Sarkisyan əlavə edib.

İcmal.Az

RƏYLƏR