Ermənistan prezidenti öz partiyasını yaradır

OXUNUB: 545 DÜNYA

Ermənistan prezidenti Armen Sarkisyan öz partiyasını yaratmaq və gələcək siyasi proseslərdə daha fəal iştirak etmək niyyətindədir. O, bununla əlaqədar müxtəlif ekspertlər və incəsənət xadimləri ilə görüşür, onların bu məsələyə münasibətini öyrənməyə çalışır.

İcmal.Az xəbər verir ki, bununla bağlı "Jamanak” qəzeti məlumat yayıb. 

"Sarkisyan anlayır ki, Ermənistanda prezidentin səlahiyyətləri çox dəyərsizdir. Burada Ermənistan prezidenti olmaqdansa, hər hansı birliyin sədri olmaq yaxşıdır. Seçkilərdəki qələbə ona Ermənistan siyasi həyatında əsas rol oynamağa imkan verəcək”, - qəzet yazıb. 

İcmal.Az

RƏYLƏR