Ermənistanda baş nazirliyə namizədə qarşı cinayət işi başlanıldı

OXUNUB: 44 DÜNYA

Ermənistanın "Vətənin xilası hərəkatı”nın lideri Vazgen Manukyan barədə bir müddət əvvəl etiraz aksiyasında işlətdiyi ifadələrlə əlaqədar cinayət işi başladılıb.

"Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Baş prokurorunun müşaviri Qor Abramyan məlumat verib.

Cinayət işinin Cinayət Məcəlləsinin 301-ci maddəsi (hakimiyyəti zorla ələ keçirmə, ərazi bütövlüyünü pozma və ya Ermənistan Respublikasının konstitusiya quruluşunu zorla dəyişdirməyə çağırış) maddəsi ilə başladıldığı bildirilib.

Qeyd edək ki, Q. Manukyan hərəkatın baş nazir postuna vahid namizədidir.

Xatırladaq ki, 20 fevralda İrəvanda müxalifət qüvvələrinin keçirdiyi mitinqdə Manukyan Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaq üçün Baş nazir Nikol Paşinyanın arxalandığı  sütunların dağıdılmalı olduğunu bildirmişdi. Müxalifətçinin fikrincə, bunun üçün təhlükəsizlik strukturlarına və "Mənim addımım” fraksiyasının millət vəkillərinə qarşı kütləvi şəkildə təzyiq göstərmək, seçicilər arasında təbliğat işləri aparmaq, xarici mənbələrdən və agent şəbəkəsindən maliyyələşən strukturlara müqavimət göstərmək lazımdır. Manukyan həmçinin qeyd etmişdi ki, sözügedən "A” planı baş tutmasa, müxalifət "B” planına - iqtidarın ildırım sürətində ələ keçirilməsinə baş vuracaq.

RƏYLƏR