Ermənistanda etiraz aksiyası: nazirlik əməkdaşları ayağa qalxdı

OXUNUB: 759 DÜNYA

Ermənistanda Mədəniyyət Nazirliyinin əməkdaşları tətilə başlayıblar. 

İcmal.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, hazırda onlar nazirliyin binası önündə etiraz aksiyası keçirirlər. 

İşçilərin etirazına səbəb Nikol Paşinyan hökumətinin nazirliyi ləğv etmə qərarı olub. Qərara əsasən, Mədəniyyət Nazirliyinin bir hissəsi Təhsil Nazirliyinə, ikinci hissəsi isə Şəhər Planlaşdırma Komitəsinə birləşdiriləcək. 

 

"Bu gündən biz tətilə başlayırıq. Əgər baş nazir bizimlə görüşə gəlməsə, biz onunla görüşə gedəcəyik”, - etirazçılar bildiriblər. 

Xatırladaq ki, islahatlar nəticəsində Ermənistanda beş nazirliyin ləğv edilməsi planlaşdırılır.

İcmal.Az

RƏYLƏR