Ermənistanda kriminal avtoritetin oğlu öldürülüb - Arvadı saxlanıldı

OXUNUB: 760 DÜNYA

Ermənistanda kriminal avtoritetin oğlu öldürülüb.

Atoritet Edik Martirosyanın oğlunun meyiti Quqark kəndində evlərdən birində aşkarlanıb. 

33 yaşlı kişinin odlu silahdan açılan atəşlə öldürüldüyü təsdiqlənib. Hadisə yerində tapança tapılıb. İlkin məlumata görə, Martirosyan ailə münaqişəsi zəminində arvadı tərəfindən qətlə yetirilib. 

Qeyd edək ki, kriminal avtoritet özü digər oğlu ilə birgə 2014-cü ildə maşınlarına açılan atəşlə öldürülmüşdülər. /qafqazinfo

 


İcmal.Az

 

RƏYLƏR