Ermənistanda rusiyalı hərbçi göldə boğularaq ölüb

OXUNUB: 686 DÜNYA

Avqustun 13-də Ermənistanda Rusiyaya məxsus hərbi hissənin əsgəri Göyçə gölündə boğulub.

Bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini Nona Qndoyan deyib ki, rus əsgərin cəsədi dünən saat 18:00 radələrində göldən çıxarılıb.

Göldə boğulan əsgərin Rusiya Federasiyasının vətəndaşı 20 yaşlı Radmir Filipovdur.

Məlumat görə, rus əsgər dünən iki əsgər yoldaşı ilə gölə çimməyə gedib və onların yanında suda batıb./virtualaz

 

İcmal.Az

RƏYLƏR