Ermənistanın genişmiqyaslı təxribat planı puça çıxdı - Nazirlikdən bəyanat

OXUNUB: 973 SOSİAL

Müdafiə Nazirliyi Ermənistanın təxribatı ilə bağlı bəyanat yayıb.

İcmal.Az xəbər verir ki, bəyanatda qeyd olunur ki, görülmüş tədbirlər nəticəsində Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanlarının Tərtər rayonu istiqamətində yerləşən bölmələrimizə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsini planlaşdırdıqları barədə dəqiq məlumat əldə edilib.

Görülən effektiv və önləyici tədbirlər nəticəsində düşmənin bu planı vaxtında aşkar olunub.

Müdafiə Nazirliyi bildirir ki, bütün cəbhə boyu əməliyyat şəraiti və ümumilikdə vəziyyət daim nəzarətimiz altındadır. Eyni zamanda xəbərdar edirik ki, düşmənin gələcəkdə də bu cür fəaliyyətinin qarşısı daha sərt şəkildə alınacaqdır. Görüləcək cavab tədbirləri amansız olacaq və qarşı tərəfin verəcəyi böyük itkilərə görə bütün məsuliyyət Ermənistanın cinayətkar hərbi-siyasi rejiminin üzərinə düşəcəkdir.

 

İcmal.Az


 

RƏYLƏR