Ermənistanın Müdafiə naziri istefa verib

OXUNUB: 307 SİYASƏT
Ermənistanın Müdafiə naziri David Tonoyan istefa verib.

Bu barədə "Aravot” xəbər yayıb.

Bildirilir ki, o, Qarabağdakı hərbi əməliyyatların nəticəsinə görə kəskin tənqid olunurdu.

Ermənistan hakimiyyəti hazırda Tonoyanın yerinə Baş nazir Nikol Paşinyanın müşaviri Vaqarşak Arutyunyanı təyin etmək istəyir. O, 1999-2000-ci illərdə artıq bu vəzifədə olub.

Müdafiə Nazirliyi bu barədə rəsmi açıqlama verməyib.

Xatırladaq ki, son bir neçə gündə Ermənistanın Xarici İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin rəhbərləri – Zohrab Mnatsakanyan və Feliks Tsolakyan istefa verib.

RƏYLƏR