Erməniyə görə "Şuşa" adından imtina edən Müşfiq Abbasova "ATV"-də vəzifə verildi

OXUNUB: 479 Özəl SOSİAL
"Azad Azərbaycan” MTRK-nın prezidenti Azər Xəlilov, yeni təyinatlarla bağlı əmr imzalayıb. 
7NEWS.az xəbər verir ki, əmrə əsasən "Bu Şəhərdə” layihəsinin rəhbəri Müşfiq Abbasov ATV rəhbərinin kreativ texnologiyalar və əyləncəli verilişlər üzrə müşaviri təyin edilib.
Tanınmış ssenarist Fariz Əliyev isə ATV-nin icraçı direktorunun yaradıcılıq məsələləri üzrə müavini vəzifələrinə təyin olunub. 
Məlumat üçün qeyd edək ki, Rusiyanın Soçi şəhərində keçirilən "Şən və Hazırcavablar Klubu”nun ("KVN”) yarışmasına – 33-cü Beynəlxalq Festivalına Azərbaycan komandası da qatılıb – Müşfiq Abbasovun rəhbərliyi ilə. Komandanın da adı "Şuşa” olub. Amma ilk turdan sonra keçirilən iclasda elan olunub ki, "Şuşa” komandası yalnız adını dəyişdikdən sonra ikinci tura keçə bilər. Ruben Jaqinyan adlı erməninun təzyiqindən sonra Müşfiq Abbasov komandanın adını "Buta” qoyub.

RƏYLƏR