Çernobıl AES-nin 3-cü enerji blokunda tüstüllənmə baş verib

OXUNUB: 805 DÜNYA

Çernobıl Atom Elektrik Stansiyasının üçüncü enerji blokunda tüstüllənmə baş verib. 

İcmal.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Müfəttişliyinin məlumatında bildirilir. 

"2017-ci ilin iyun ayının 13-də, saat 15:57-də AES-nin üçüncü blokunda tüstülənmə baş verib. Hadisə yerinə cəlb olunan FHN işçiləri tərəfindən istilənmə aradan qaldırılıb, radiasiyanın vəziyyəti dəyişməz olaraq qalmaqdadır”, - məlumatda deyilir.  

Çernobıl Atom Elektrik Stansiyasının üçüncü enerji bloku 1981-ci ildə işə salınıb, 2000-ci ildə isə hökumətin qərarı ilə tam dayandırılıb.  

1986-cı ilin  aprelin 26-da isə Çernobıl Atom Elektrik Stansiyasının dördüncü enerji bloku partlayıb. Belarus, Ukrayna və Rusiyada ümumilikdə 160 min kv. km ərazi radiasiyadan zərər çəkib. 

İcmal.Az

RƏYLƏR