Əsəd rejimi Türkiyəni “ağır təcavüz”də günahlandırır — VƏZİYYƏT GƏRGİNLƏŞİR

OXUNUB: 986 DÜNYA

Suriya hökuməti Türkiyədən qoşunlarını İdlib əyalətindən dərhal çıxarmağı tələb edib.

Bu barədə Suriyanın Xarici İşlər Nazirliyi Ankaraya xəbərdarlıq edib. Suriyanın dövlət agentliyi olan SANA bu barədə məlumat yayıb. Verilən məlumata görə, Bəşər Əsəd rejimi türk qoşunlarının regiona daxil olmasını qanun pozuntusu və "ağır təcavüz” adlandırıb.

 "Suriya Ərəb Respublikası Türkiyə qoşunlarının İdlib əyalətinə girməsini ən sərt şəkildə pisləyir. Bu ölkə suverenliyinə və Suriya torpaqlarının bütövlüyünə açıq aydın qəsddir. Bu əməl beynəlxalq hüququn açıq-aşkar pozulması deməkdir. Türkiyə qoşunlarının İdlibə girməsinin Astana prosesində zamin ölkələr arasında əldə olunan razılaşma ilə heç bir əlaqəsi yoxdur. Suriya Ərəb Respublikası Türkiyədən qoşunlarını İdlib əyalətindən dərhal və qeyd-şərtsiz çıxarmağı tələb edir”, - deyə bəyanatda bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə rəsmiləri həbi qüvvələrinin İdlib əyalətində rəsmi razılıq əsasında getdiyini bildirmişdilər. Vurğulanmışdı ki, Astana prosesində zamin ölkələr arasında əldə olunan razılaşmaya uyğun olaraq, Türkiyə ordusu İdlib əyalətindədir./ölkə

 

İcmal.Az

RƏYLƏR