Əsəd terrorçulara muxtariyyət verir - Afrin əməliyyatına qarşı ŞOK ADDIM

OXUNUB: 601 DÜNYA
Bəşər Əsəd rejimi PYD/YPG terror təşkilatına Suriyada muxtariyyət, yaxud yerli idarəetmə verməyə hazırdır.

Bu barədə Suriya rejiminin kürd əsilli deputatı Ömer Ose deyib.

Ö.Ose PYD/YPG-ni rejimlə daha sıx dialoq aparmağa çağırıb.

Suriya deputatı Əsəd rejiminin PYD/YPG-yə silah verdiyini də etiraf edib.

"Daha əvvəl də onlara silah verdik. Suriya hökuməti Türkiyənin Afrində keçirdiyi əməliyyata qarşı PYD/YPG-yə dəstəyini artıracaq”, - deyə o bildirib./publika

İcmal.Az

RƏYLƏR