Əsəd Türkiyədə yaşayan jurnalistlə qızını öldürtdü

OXUNUB: 732 DÜNYA
İstanbulun Üsküdar rayonunda suriyalı fəal, 60 yaşlı jurnalist Orouba Barakat və eyni zamanda özü kimi jurnalist olan 22 yaşlı qızı Halla Barakat qətlə yetirilib.

İcmal.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, ana ilə qızının evdə boğazları kəsilmiş halda cəsədləri aşkarlanıb. 

Dünən dəfn olunan O. Barakatın bacısı ilə qardaşı qətldə Suriya prezidenti Bəşər Əsədin əli olduğunu iddia ediblər: "Bunu Əsəddən başqa heç kim edə bilməz. Oroubanı telefon və internet vasitəsilə hədələyirdi".

Hazırda Türkiyə polisi faktla bağlı araşdırmalar aparır.

Əsəd Türkiyədə yaşayan jurnalistlə qızını öldürtdü
İcmal.Az

RƏYLƏR