Əsədin xərçəng xəstəliyinə tutulan arvadı xalqa müraciət etdi

OXUNUB: 870 DÜNYA

Suriya prezidenti Bəşər Əsədin xərçəng xəstəliyi diaqnozu qoyulan həyat yoldaşı Əsma Əsəd xalqa müraciət edib. 

İcmal.Az xəbər verir ki, o, fikirlərini "Twitter” hesabında bölüşüb.

"Mən əzm, güc və çətinliklərlə qarşılaşabilmə dünyasına öyrəşmiş xalqdanam. Və mənim qətiyyətim sizin qətiyyətinizdən irəli gəlir”, - o bildirib və öz fotosunu yerləşdirib. Fotoda Əsma Əsədin gülümsəməsi əks olunub. 

Əsma Əsəd avqustun 8-də xəstəxanaya yerləşdirilib. Qadına döş vəzisinin xərçəngi diaqnozu qoyulub. Bildirilir ki, xəstəliyi erkən mərhələdə aşkar ediblər.

Avqustun 11-də Suriya prezidentinin həyat yoldaşının 43 yaşı tamam olub. Bəşər Əsəd Əsma ilə 2001-ci ildə ailə həyatı qurub. Həmin il onların Hafiz adlı oğlu, 2003-cü ildə Zeyn adlı qızı, 2004-cü ildə isə Kərim adlı ikinci oğlu dünyaya gəlib.

İcmal.Az

RƏYLƏR