"Əslində Aşıq Ədalət belə tez ölməyəcəkdi, onu öldürən..." - İradə İsaq ölümündəki GİZLİNLƏRİ AÇDI

OXUNUB: 995 HADİSƏ

Tanınmış aparıcı İradə İsaq ötən gün xərçəngdən dünyasını dəyişən Aşıq Ədalətin ölümünə hüznlənib.

O, öz kədərini belə ifadə edib:

"Əslində belə tez ölməyəcəkdi. Vəfasızlıq məhv elədi onu. Bilən bilir nə deyirəm, bilməyən bilməsə yaxşıdır. Qoy aramızda sirr qalsın, ustad. Dayıma oxşadardım deyə xüsusi sevərdim onu. Yanında olmayanlar efirdən onun sənətinin qüdrətini o qədər də bilə bilməzlər, aşıb-daşan vergisini, nəfəsi boğulana qədər dediyi şeirləri, haqq aşiqliyi təsvirə gəlməz. Böyük sənətkar olduğu kimi başqasına qiymət verməyi də bilirdi. Xoşbəxtəm ki, ayağım altda qurban kəsib. Qoymaq istəmədim. Dedi "qoy bu gün ömründə məndən sənə hədiyyə olsun, ay İradə. Hər jurnalistə eləmərəm mən bunu. Mərd qızsan sən, sözünü deyənsən, indi belə qadın az olur, mən də sənin işinin vurğunuyam." İlk tanış olduğum gün yadımdadır. Getdim ki, şəklimi şkafının şüşəsinə qoyub. Təəccübləndim. "Ustad, mənim şəklim burda nə gəzir?" "İnanarsanmı bir verilişini də buraxmıram, bu şəkli uşaqlardan xahiş eləmişəm, efirdən çəkib qoyublar. Bilirdim bir gün qapımı döyəcəksən. Məni yada sən salacaqsan." Belə dostlaşdıq biz. Dedi: "gərək o yuxunu danışmaya idim uşaq vaxtı. O kişi cəzalandırdı məni. Səsimi əlimdən aldı. Koroğlu ki, Qırata deşikdən baxdı qanadlarını yandırdı ha. Bax elə yandı qanadlarım. Vergim əlimdən alındı. Yoxsa kim dayanardı qabağımda?!" İlahini onun qədər dərk edən az adam olardı. Ən sevdiyinə qovuşdu. Deyirdi "hamı gedib bir mən qalmışam." Allah rəhmət eləsin, Ustad. Sənin yerin dolmayacaq"./sonxeber

 

Mehrim Nəzərova

İcmal.Az

RƏYLƏR