Eşşək 7 yaşlı uşağın başını dişlədi - DAŞKƏSƏNDƏ - VİDEO

OXUNUB: 1077 HADİSƏ

Daşkəsəndə uzunqulaq 7 yaşlı uşağa xəsarət yetirib.

İcmal.Az ARB-TV-yə istinadən xəbər verir ki, hadisə Daşkəsən rayon Qazaxyolçular kəndində baş verib.

Belə ki, uzunqulaq Kənan Bağırovu başından dişləyib. Baş dərisindən xəsarət alan oğlan Gəncədə yerləşən 2 saylı uşaq xəstəxanasına çatdırılıb.

Ona ilk yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

İcmal.Az

RƏYLƏR