Etika Akademiyasının Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir təşkil edildi

OXUNUB: 843 QHT
Etika Akademiyasının Uşaqların  Beynəlxalq Müdafiəsi  Günü ilə əlaqədar  01.06.2019- cu il tarixində  Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində  keçiriləcək tədbir təşkil edildi.
Tədbir çərçivəsində Cocuq Mərcanlı kəndində  yerləşən məktəbin  1-11 sinif şagirdləri üçün  etiket  və  stəkan üzərində rəsm  üzrə dərslərin keçirildi , müəllim və valideyn heyyəti üçün uşaqlarla davranış qaydaları haqqında seminar  təşkil olundu .Tədbirin təşkilatçısı  Etika Akademiyasının direktoru Gunel İbrahimdir. Əlavə olaraq etiket üzrə məşqçilər Dinara Usubova, Fəridə Əkbərova , Aytən Atazadə, Flora Ağayeva ,  Xanım Kamrandır .  
Tədbirin planı : 3 qrup şagird (hər biri 15-30 nəfər) ayrı siniflərdə etiket üzrə masa servisi və stəkan üzrəində rəsm keçirildi. Eyni zamanda məktəbin akt zalinda isə müəllim və valideyn heyyətinə seminar təşkil edildi.  Tədbirin sonunda Virtual Realliq texnologiyaları ilə şagirdlərə ulu öndər Heydər Əliyevin iş otağna  (VR da  Etika Akademiyası tərəfindən yığılmış)  səyahət göstərildi. Tədbir 12 .00 -  14.00  müddətində  həyata keçdi.
Tədbirin məqsədi  Cocuq Mərcanlı kəndinin sosial  inkişafı proqramına  və təhsildə fərdi inkişafa dəstək olaraq sakinlərinə  bayram münasibətilə   kiçik tohfə verməkdir. 
Qeyd etmək istərdik ki ,   Etika Akademiyasının Bakı ( Nərimanov r, Həsənoğlu 8)  və Şəki filialında( Heydər Əliyev Mərkəzində, 1 ci mətəbə ) milli kadrların formlaşması qlobal standartlara uyğunlaşdrılmasına yönəldilmiş təlimlər verilir. Avroviziya  , Avropa oyunlarında, İnternet İdarəçili Forumlarında  minlərlə gəncə motivasiya və etiket üzrə təlimlər vermişdir. Bakı Şəhər Təhsil idarəsi ilə birgə əməkdaşlıq nəticəsində onlarla məktəbdə etiket üzrə dərnəklər fəaliyyət göstərir. 
Əlaqə :
0125667127
0502308080 
 

 
 
 
 
 

 
 
 
 
İcmal.Az

RƏYLƏR