Etimad Başkeçiddən Aynur Camalqızına cavab: 'Yanlışlığa yol verirsiz'

OXUNUB: 730 SOSİAL
7NEWS.az xəbər verir ki, Axar.az, Publika.az və Teleqraf.com saytlarının rəhbəri Aynur Camalqızı öz facebook səhifəsində Tərcümə mərkəzinin dil qüsurlarının monitorinqi ilə bağlı mövqeyini tənqid edib, bunun qərəzli olduğunu deyib. A.Camalqızının sosial şəbəkədə paylaşdığı şərhi təqdim edirik: 'Mən hələ də anlaya bilmirəm ki, bu ölkədə niyə hər kəs öz işi ilə, daha dəqiqi, öz bacardığı işlə məşğul olmur. Bir dostumuz dedi ki, Tercümə Mərkəzinin saytları - aydinyol.az və aztc.gov.az - Azərbaycandakı bəzi (niyə bəzi???) onlayn media orqanlarının dil qüsurlarını monitorinq edir və nəticələri adını çəkdiyim saytlarında yayır. İlk dəfə Tərcümə Mərkəzinin saytına daxil oldum və monitorinqin nəticələrinə baxdım. Monitirinqə məruz qalan saytlar arasında rəhbərlik etdiyim hər 3 sayt - Axar.az, Publika.az və Teleqraf.com da - vardı. Monitorinq olunan saytlar hansı parametrlərlə seçilib, açığı, anlaya bilmədim. Nəticələr isə xeyli cavabsız sual yaratdı. Əvvəla, monitorinq olunan yazıların böyük əksəriyyəti istinadla, hiperlinklə verilmiş yazılardır. Misal üçün, Axar.az-da Virtualaz.org-a istinadla verilən yazı monitorinq edilir... Gülməli deyilmi? Ümumiyyətlə, mənə aydın olmadı ki, Tərcümə Mərkəzinin məqsədi nədir? Bu yöndə bildiyim qədər, Mətbuat Şurası müəyyən layihələr həyata keçirir. Bəzi jurnalist təşkilatlarının da monitorinq cəhdləri vaxtaşırı nəzərə çarpır. Bəs birdən-birə Tərcümə Mərkəzinin mediada yazı, dil, üslub qüsuru axtarmaq haradan yadına düşüb? Dilçilik İnstitutu, Dövlət Dil Komissiyası, medianın problemlərini araşdıran QHT-lər və s. var. Hörmətli Afaq Məsud nə etmək istəyir, dilçilərin, media mütəxəssislərinin gördüyü və görməli olduğu işləri də kurasiyasına alıb daha işgüzar görünməkmi istəyir? Bir oxucu kimi özümün də bildiyim və ədəbiyyat bilicilərindən eşitdiyim qədər, Afaq xanımın yazı dili nə tərcüməçi, nə də yazıçı kimi uğurlu sayılır. Tənqid edən gərək, birinci özündən başlasın. Üstəlik, Azərbaycanda tərcümə sahəsində həddən ziyadə problem ola-ola, tərcümə ədəbiyyatı durumuna görə, ədəbiyyatımızın ən ağrılı yeri sayıla-sayıla, a dostlar, siz kimdə səhv axtarırsız? Əvvəl tərcümə etdiyiniz məhsulun keyfiyyətinə və səviyyəsinə baxın, gördüyünüz işlərin yükü, həyata keçirilmə şəraiti, qiymətləndirilməsi və operativliyi məsələlərinə diqqət yetirin, sonra başqalarının gözündə tük axtarın... Mən demirəm ki, medianın problemləri yoxdur. N qədərdir. Amma bu səviyyədə və bu peşəkarlıqla aparılan monitorinq ümumi gedişata xeyir vermir. Və sizin medianın qüsurlarını axtarmaq çabalarınız tərcümə ədəbiyyatının səhvlərini, özü də haqq qazandırılması mumkün olmayan səhvlərini çoxaldır. Enerjinizi ədəbiyyata sərf edin. Oxucular sizdən keyfiyyetli tərcümələr gözləyir..."
Bu mövqedən sonra Tərcümə mərkəzinin əməkdaşı, tanınmış yazıçı, publisist-tərcüməçi Etimad Başkeçid Aynur Camala elə sosial media üzərindən cavab verib: 'Aynur Camalqızı özünə və rəhbərlik etdiyi quruma qarşı qərəzdən bəhs edərkən yanlışlığa yol verir. Heç bir ayrı-seçkilikdən söhbət getmir, Tərcümə Mərkəzinin belə bir əxlaqa söykənməsi mümkün deyil. Təbii, hər kəs öz işiylə məşğul olsa yaxşıdır. Tərcümə Mərkəzi də bilavasitə öz işiylə məşğuldur; bunu görmək üçün sadəcə https://www.aztc.gov.az/ saytına girib, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Nizamnaməsiylə tanış olmaq kifayətdir."
 
 
İcmal.Az

RƏYLƏR