Etməyin, yataqda sizi öldürə bilər... - Cinsi aktivliyi artıran dərmanlar... / ARAŞDIRMA

OXUNUB: 1458 SOSİAL

Son illərdə ölkəmizdə cinsi aktivliyi artırmaq məqsədilə satılan preparatlar çoxalıb. Tez-tez radio və bəzi televiziya kanallarında belə tip dərmanların reklamına rast gəlirik.

Görəsən, bu dərmanlar insan orqanizminə nə dərəcədə faydalıdır? Onların reklam edilməsi düzgündür?

Məsələylə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Esmira Ələkbərova Metbuat.az-a açıqlamasında deyib: "Qanunvericiliyə görə, reseptlə buraxılan dərmanların reklamı qadağandır. Biz əks hal müşayiət etsək, dərhal həmin informasiya vasitəsinə xəbərdarlıq edirik. Əgər bu dərmanlar reseptsiz buraxılırsa, reklamı qadağan deyil”.

Bu dərmanlar sizi öldürə bilər

Həkimlər deyir ki, cinsi aktivliyi artıran preparatlar dərman hesab olunmur və həkimlər onları reseptlə yazmağa ehtiyac duymur. Cinsi aktivliyi süni şəkildə artıran dərmanlar ürək-damar xəstəliklərinə səbəb ola bilir. Kişilər arasında infarkt hallarının artmasında, siqaret və spirtli içkilərlə yanaşı, bu dərmanların da rolunun böyük olduğu bildirilir.

İcmal.Az

RƏYLƏR