“Eurohome”da gərginlik - Ticarətçilər bazara buraxılmır

OXUNUB: 824 İQTİSADİYYAT
Mayın 11-də tikinti malları sektoru yanan "Eurohome” ticarət mərkəzinin qapıları ticarətçilərin üzünə bağlanıb. 

Hit.Az-a verilən xəbərə görə, obyekt sahiblərinə istintaq getdiyi və bazarın işləmədiyi əsas gətirilir. 

Ticarətçilər isə tələb edirlər ki, bazarın yanmayan hissəsində işləməyə icazə verilsin. Lakin "Eurohome” rəhbərliyi onların tələblərini qulaqardı etməkdədir. 

Eyni zamanda, zərər çəkən obyekt sahiblərinin sözlərinə görə, yanan yerləri öz vəsaitləri hesabına təmir ediblər. Amma yenə də ticarət mərkəzinin açılması barədə qərar verilmir. 
 
7News.Az

RƏYLƏR